
İspaniyanın Alikante əyalətində zavodun sənaye anbarında partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Bildirilib ki, nəticədə azı 3 nəfər ölüb, daha 7 nəfər yaralanıb.
Qeyd edilib ki, binada qazanın partlaması zavodun dam örtüyünün və divarlarının bir hissəsinin uçmasına səbəb olub, nəticədə obyektdə olan bir neçə nəfər dağıntılar altında qalıb.