Rusiya prezidenti Vladimir Putin və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev yeni qlobal nizam şəraitində strateji tərəfdaşlığın dərinləşdirilməsi ilə bağlı birgə bəyanat imzalayıblar.
Moderator.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Bildirilir ki, Tokayev Rusiya liderinin Qazaxıstana rəsmi səfəri çərçivəsində Moskva və Astanada 20 sazişin imzalanacağını açıqlayıb. Onun sözlərinə görə, imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın daha da inkişafına əlavə təkan verəcək.
Məlumata görə, Rusiya prezidenti Qazaxıstanı Rusiya üçün etibarlı müttəfiq və strateji tərəfdaş adlandırıb. Putin həmçinin Tokayevə dəvət və səmimi qəbul üçün təşəkkür edib.