AZ

Çin vətəndaşı azərbaycanlıların 10 milyon dollarını mənimsədi - DİN hərəkətə keçdi

Vanq Tianbao adlı Çin vətəndaşının Bakıda avtomobillə təmin edəcək vədi ilə onlarla Azərbaycan vətəndaşının 10 mln ABŞ dollarından artıq pulunu mənimsədiyi iddia edilir.

Teleqraf.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov qeyd edilən məsələnin nəzarətə götürüldüyünü deyib: "Müvafiq araşdırmaların aparılması Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə həvalə edilib. Hazırda zərər çəkmiş şəxslərin müraciətləri əsasında zəruri istintaq tədbirləri həyata keçirilir. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək".


Müəllif: Teleqraf.com
Seçilən
2
11
teleqraf.com

10Mənbələr