Türkiyənin "Beşiktaş" klubunun sədri Həsən Arat istefa verib.
Azreform.info Milli.Az-a istinadən xəbər verir ki, Super Liqanın son matçında "Göztepe"yə 4:2 hesabı ilə uduzan "Beşiktaş" klubunun sədri Həsən Arat istefa verib.
Növbəti seçkiyə kimi onu Hüseyin Yücel əvəzləyəcək.
Qeyd edək ki, futbol Komandalarının Baş Koordinatoru Səməd Aybaba ilə İdarə Heyətinin müşaviri Bredli Hovard Fridel dünən axşam yollarını ayırıb.