AZ

ABŞ-da ehtiyatların artması bazarı sevindirmədi

Ötən həftə ABŞ-da kommersiya neft ehtiyatları 1,84 milyon barel azalaraq 428,45 milyon barrelə düşüb.

Musavat.com xəbər verir ki, məlumatı ölkənin Energetika Nazirliyi yayıb.

Həftə ərzində benzin ehtiyatları 3,31 milyon barel artaraq 212,24 milyon barel, kommersiya distillat ehtiyatları 416 min barel artaraq 114,72 milyon barel olub.

Mütəxəssislər neft ehtiyatlarının 1 milyon barrel, benzin ehtiyatlarının 100 min barrel azalacağını və distillat ehtiyatlarının 50 min barrel artacağını gözləyirdilər.

Qeyd edək ki, ABŞ-da ehtiyatların azalması neft qiymətlərinə artırıcı təsir göstərməyib. Əksinə, qiymətlər yarım dollara qədər azalıb.

 

Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr