AZ

İsrailin Nazirlər Kabineti Livanla atəşkəs razılaşmasını təsdiqlədi –DETALLAR AÇIQLANDI

İsrailin Nazirlər Kabineti, Livanla əldə olunan atəşkəs razılaşmasını təsdiqləyib. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, razılaşma, ABŞ-ın rəhbərliyi ilə yaradılacaq nəzarət komitəsi tərəfindən izlənəcək və hər hansı pozuntuların qarşısının alınması üçün tədbirlər görüləcək.

 

Bu arada atəşkəs razılaşmasının tam mətni də açıqlanıb. Beləliklə, razılaşmaya əsasən, aşağıdakı öhdəliklər yerinə yetiriləcək:

 

- “Hizbullah” və Livandakı digər silahlı qruplar İsrailə qarşı hər hansı hücum etməyəcəklər.

- İsrail də Livan ərazisində, o cümlədən quruda, havada və dənizdə heç bir hərbi əməliyyat keçirməyəcək.

- Həm İsrail, həm də Livan, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin əhəmiyyətini tanıyır.

- Bu öhdəliklər, tərəflərin özünümüdafiə hüququnu ləğv etmir.

- Livanın cənubunda yalnız rəsmi təhlükəsizlik orqanlarına və Livan Silahlı Qüvvələrinə silah daşımağa və güc tətbiq etməyə icazə veriləcək.

- Livanda silah və silah materiallarının satışı, təchizatı və istehsalı yalnız Livan hökumətinin nəzarəti altında olacaq.

- Silah və silah materiallarının istehsalı ilə məşğul olan icazəsiz obyektlər söküləcək.

- Bütün hərbi infrastruktur və mövqelər söküləcək, öhdəliklərə əməl etməyənlərin silahları müsadirə ediləcək.

- Bir komitə yaradılacaq və o, öhdəliklərin yerinə yetirilməsinə nəzarət edəcək, hər iki tərəf pozuntular barədə komitəyə məlumat verəcək.

- Livan rəsmi qüvvələrini cənub sərhədində yerləşdirəcək.

- İsrail qüvvələrini 60 gün ərzində Mavi Xətdən cənuba çəkəcək.

- ABŞ, İsrail və Livan arasında danışıqları asanlaşdıracaq.

 

Bu razılaşma bölgədə gərginliyin azalmasına və davamlı sülh üçün şərait yaradılmasına xidmət etməyi hədəfləyir.

 

Atəşkəs razılaşması sabah səhər saat 10:00-da qüvvəyə minəcək. Hələlik isə qarşılıqlı hücumlar davam edir.


**18:58


İsrail Nazirlər Kabineti noyabrın 26-da "Hizbullah"la atəşkəsə dair iclas keçirəcək.

 

"The Times of İsrael" nəşrinin xəbərinə görə, bu barədə İsrail rəsmisi məlumat verib.

 

Məlumata görə, nazirlər "Hizbullah" hərəkatı ilə atəşkəsi təsdiqləmək niyyətindədirlər və İsrail Baş naziri Benyamin Netanyahu bu səbəbdən Təhlükəsizlik Kabinetini çağıracaq.

 

İclasda nazirlərin Livanda "Hizbullah"la mübarizədə atəşkəs rejimini təsdiqləyəcəkləri gözlənilir.

 

Həmçinin Netanyahu təklif olunan atəşkəs razılaşmasına qəti şəkildə qarşı çıxan regional şuraların rəhbərləri ilə görüşməyi də planlaşdırır.

 

Qeyd edək ki, 60 günlük atəşkəs razılaşması İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasını və "Hizbullah"ın bölgədəki mövcudluğunun dayandırılmasını nəzərdə tutur.

Seçilən
5
1
senzor.az

2Mənbələr