AZ

COP29 zamanı İçərişəhər və Qala Qoruğunu 12,000-dən çox turist ziyarət edib

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı İçərişəhər və Qala Qoruğu, qonaqların ən çox maraq göstərdiyi məkanlardan biri olub.

Fins.az xəbər verir ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, bu dövr ərzində İçərişəhər və Qala qoruqlarını 12,000-dən çox yerli və xarici turist ziyarət edib.

Muzeylərə gələn xarici ziyarətçilər arasında ən çox Rusiya, Çin və Hindistan vətəndaşları olub. İçərişəhərin UNESCO-nun dünya əhəmiyyətli tarixi abidələr siyahısına daxil olan Qız Qalası və Şirvanşahlar Sarayı, Sıratağlı Dini-Memarlıq Kompleksi, Bəylər məscidi və Yeraltı hamam turistlər tərəfindən ən çox ziyarət edilən məkanlar arasında yer alıb.

Qala Qoruğunda isə qonaqlar yalnız Abşeronun qədim tarixi və memarlıq abidələri ilə tanış olmaqla kifayətlənməyib, həmçinin burada fəaliyyət göstərən “Tullantıdan Sənətə” muzeyi və Qurama sərgisinə də böyük maraq göstəriblər.

Seçilən
1
14
fins.az

10Mənbələr