AZ

Çində 5,1 bal gücündə zəlzələ qeydə alınıb

Bakı, TurkicWorld

Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Kaşqar mahalından 171 km şimal-şərqdə yerləşib. Təkanların ocağı 8 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə verilməyib.

Seçilən
0
2
turkic.world

3Mənbələr