Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katiblərinin birgə iclası başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iclasın gündəliyinə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsi və Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə qəbul olunacaq bəyanatın mətnləri də daxil olmaqla, ümumilikdə 15 məsələ daxil edilib.apa