AZ

Azərbaycanda bələdiyyə seçkisinə namizədlərin irəli sürülməsi prosesi başlayır

Azərbaycanda bələdiyyə seçkisinə namizədlərin irəli sürülməsi prosesi başlayır.

Vətəninfo.az xəbər verir ki, bu Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi “Azərbaycan Respublikasında bələdiyyə seçkisinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Qeyd edilib ki, seçkinin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayır.

MSK-nın qərarına əsasən, növbəti bələdiyyə seçkisi 2025-ci il yanvarın 29-na təyin edilib.

Xatırladaq ki, Seçki Məcəlləsinin 214.1, 214.4, 214.5-ci maddələrinə əsasən, seçki dairəsinin ərazisində daimi yaşayan, passiv seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları bələdiyyə seçkisində namizəd qismində iştirak edə bilərlər.

Seçilən
1
49
veteninfo.az

10Mənbələr