AZ

Fitch Solutions: Qarabağın bərpasına 2027-ci ilə kimi 29 mlrd. manat investisiya planlaşdırılıb

Azərbaycan hökuməti 2022-2026-cı illərdə Qarabağın bərpasına 28,9 milyard manat (17 mlrd. ABŞ dolları) sərmayə qoymağı planlaşdırıb.

Valyuta.az xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib.

Qeyd edilib ki, bu vəsaitin böyük hissəsi infrastrukturun, o cümlədən bərpa olunan enerji infrastrukturunun inkişafına yönəldiləcək. Bu da Azərbaycana Türkiyə və Gürcüstana elektrik enerjisi ixracını artırmağa kömək edəcək.

“Qarabağa investisiya 2025-ci ildə də yüksək səviyyədə qalacaq. 2024-cü ildə ümumi iqtisadi artıma 1,7 faiz bəndi, 2025-ci ildə isə 1,5 faiz bəndi töhfə verəcək. Bu strategiya hökumətin dekarbonizasiya və diversifikasiya planlarının mühüm tərkib hissəsidir. Qeyri-neft ixracın artırılması da bu strategiyanın bir hissəsidir və yaşıl elektrik enerjisinin ixracı da buna daxildir” - FS əlavə edib.

© APA

Seçilən
0
6
valyuta.az

8Mənbələr