AZ

Bayden Ukraynaya 725 milyon dollarlıq silah yardım paketi hazırlayır

ABŞ Prezidenti Co Bayden administrasiyası Ukrayna üçün 725 milyon dollar dəyərində silah paketi hazırlayır.   Manset.az bu bardə "Reuters"-ə istinadən xəbər verir. Mənbələr qeyd edir ki, istefa verən prezident yanvarda hakimiyyətin təhvil verilməsi ərəfəsində Ukraynanı gücləndirməyə çalışır. Bayden administrasiyasının planına əsasən, ABŞ Rusiya qoşunlarının irəliləməsini dayandırmaq məqsədilə müxtəlif anti-tank vasitələri, piyada əleyhinə minalar, "Stinger" zenit-raket kompleksləri, HIMARS sistemləri üçün sursatlar və kasetli döyüş sursatları göndərəcək. Rəsmilərdən birinin dediyinə görə, ABŞ Konqresindən yeni silah paketi ilə bağlı rəsmi bildiriş bazar ertəsi gələ bilər.

Paketin məzmunu və ölçüsü yaxın günlərdə Baydenin gözlənilən imzalanmasından əvvəl dəyişə bilər.

Seçilən
4
1
manset.az

2Mənbələr