Bakı. Trend:
Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi(AZPROMO) gələn il Latviyaya ixrac missiyası təşkil edəcək.
Trend xəbər verir ki, bunuAzərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin(AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda"Azərbaycan-Latviya informasiya və şəbəkə görüşü" mövzusundakeçirilən tədbir çərçivəsində bildirib.
"Keçən ilin sentyabrında nümayəndəmiz Riqada keçirilən 28-ciqida məhsulları sərgisində iştirak etdi. Əvvəllər biz artıqşirkətlərimizi dəstəkləmək məqsədilə ixrac missiyası təşkiletmişik.
Gələn il bu sərgidə yenidən iştirak etməyi və Riqada keçirilən“Riga Food” sərgisində beynəlxalq mövcudluğumuzu gücləndirmək üçündaha bir missiya təşkil etməyi planlaşdırırıq.
Əminəm ki, bizim şirkətlər bu əhəmiyyətli tədbirdə məmnuniyyətləiştirak edəcəklər", — deyə Yusif Abdullayev vurğulayıb.