AZ

İcbari sığorta üzrə ödənişlər 20 milyon manatdan çox artıb

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən icbari sığortalar üzrə toplanan sığorta haqqlarının dəyəri 282 milyon 925 min manat olub.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 milyon 72 min manat və ya 4,5% çoxdur. 2023-cü ilin ilk 10 ayında bu məbləğ 270 milyon 853 min manat olub.

Qeyri-həyat sığortası üzrə toplanan sığorta haqqları 212 milyon 786 min manat təşkil edib ki, bu da, ötən illə müqayisədə 8 milyon 14 min manat və ya 3,9% çoxdur.

Həyat sığortası üzrə toplanan sığorta haqqırının həcmi 70 milyon 139 min manat olub. Bu da, illik müqayisədə 4 milyon 58 min manat, yaxud da 6,1% çoxdur.

Bu dövrdə icbari sığorta üzrə ödənişlərin həcmi 112 milyon 45 min manat olub ki, bu da, illik müqayisədə 21 milyon 573 min manat, yaxud da 23,8% çoxdur. Ötən ilin eyni dövründə bu məbləğ 90 milyon 472 min manat idi.

Qeyri-həyat sığortası üzrə ödənişlər 108 milyon 341 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 milyon 886 min manat və ya 23,9% çoxdur. 

Həyat sığortası üzrə ödənişlər 3 milyon 703 min manat olub ki, bu da, 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqaiyəsə 687 min manat, yaxud da 22,8% çoxdur.

Əvəz Həsənov

Seçilən
5
valyuta.az

1Mənbələr