Venesuela hökuməti ABŞ-ın elan etdiyi yeni sanksiyaları tənqid edib.
Publika.az xəbər verir ki, hökümət bu barədə öz internet səhifəsində açıqlama yayıb.
Açıqlamada ABŞ-ın hakim partiyaya yaxın yüksək səviyyəli şəxslərə qarşı sanksiyaları pislənib. Həmçinin ABŞ-ın təktərəfli zülmkar qərarlarına boyun əyilməyəcəyi vurğulanıb:
"Bu, eqoist, səhv və çarəsiz bir hökumətin hərəkətidir. Biz bunu seçkilərdəki uğursuzluğu və sosial böhranı ölkə daxilində gizlətmək cəhdi olaraq görürük. ABŞ hökuməti bu sanksiyalarla öz ölkəsindəki daxili problemləri ört-basdır etməyə çalışır”.
Venesuela hökuməti ABŞ-ın bu sanksiyalarla ictimaiyyətdən dəstək tapa bilməyən bir qrupa dəstək verməyi hədəflədiyini iddia edib: