AZ

Bu, qeyri-peşəkar və siyasi cəhətdən kamil olmayan yanaşmadır-Komitə sədri

"Böyük işlər görülən yerdə nöqsanlar da olacaq. Əsas odur ki, iş var, vətəndaşa qayğı var. Burada səsələnən bəzi fikirlərə münasibət bildirmək lazımdır. Düzdür, bəziləri qeyri-ciddi, qeyri-peşəkar fikirlərdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib. Deputat daha sonra qeyd edib: "Hər halda münasibət bildirmək lazımdır. Çünki sosial şəbəkələr, saytlar var. Özünüməşğulluq proqramı son illərdə bizim sosial sahədə, aktiv məşğulluğun həyata keçirilməsində ən uğurlu layihələrdən biridir. O uğurlu layihəni nəinki vətəndaşlar, öz həyatında hiss edir, Azərbaycan siyasətçiləri, iqtisadçıları da hiss edir".
 O əlavə edib ki, özünüməşğulluq proqramı gələn il daxil olmaqla, ümumilikdə 100 min ailəni əhatə edəcək: "Dünyada belədir ki, özünüməşğulluq layihəsi əgər son iki il ərzində 50%-in üzərindədirsə, baş tutmuş layihə sayılır. Azərbaycanda isə iki ilin göstəricisi 80%-in üzərindədir. Əlbəttə 100 min adamın qoşulduğu prosesdə 1% xəta olarsa, bu, 1000 adam deməkdir. Biz bunu da qiymətləndirməliyik. O şikayətlərin hamısı araşdırılıb, faktlaşdırılır, videoçəkiliş aparılır. Əgər əldə fakt varsa, onu araşdırmağa göndərmək lazımdır. Amma böyük bir tribunadan qüsurların olduğunu söyləmək və o qüsurların da arxasında fakt yoxdur, hesab edirəm ki, bu, qeyri-ciddi, qeyri-peşəkar, siyasi cəhətdən kamil olmayan yanaşmadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
6
olaylar.az

9Mənbələr