AZ

"Açıq Qapı" günündə istehlakçıların müraciətləri dinlənilib

“Açıq qapı” günündə istehlakçı hüquqları və bu hüquqların müdafiəsi mexanizmləri barədə məlumat verilib, istehlakçı hüquqları ilə bağlı təcrübədə rast gəlinən pozuntularla əlaqədar qanunvericiliyin tələbləri izah edilib.
 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçıların öz hüquqları barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Bu məqsədlə Dövlət Xidmətinin Şamaxı şəhərində yerləşən 4 saylı regional bölməsində (əhatə etdiyi rayonlar: Ağsu, Şamaxı, Qobustan) istehlakçılar üçün “Açıq qapı” günü keçirilib.  

Fins.az xəbər verir ki, tədbirdə istehlakçı hüquqları və bu sahəni tənzimləyən əsas qanunvericilik aktları barədə ətraflı məlumat verilib. Eləcə də təcrübədə rast gəlinən istehlakçı hüquqlarının pozulması halları ilə bağlı müraciətlər dinlənilib, həmin pozuntularla bağlı qanunvericiliyin tələbləri izah edilib.

Bundan əlavə, istehlakçı hüquqlarının müdafiəsini həyata keçirən dövlət orqanları və məhkəmələrin bu sahədə rolu barədə geniş məlumat verilib.

Zemfira Ms
Fins.az

                                     

 

Seçilən
9
2
fins.az

3Mənbələr