AZ

Vasif Talıbovun qardaşı vəzifəsini itirdi

Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini dayandırıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  Naxçıvan Muxtar Respublikası Boks Federasiyası fəaliyyətini dayandırıb.

Federasiyanın Naxçıvanda bölməsinin yaradılacağı gözlənilir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Məhərrəm Talıbov idi. Federasiya 2002-ci ildən fəaliyyət göstərirdi.

Məhərrəm Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır. O, həm də Naxçıvan Muxtar Respublikasının prokurorunun sabıq müavinidir.

Seçilən
9
heftelik.az

1Mənbələr