AZ

Polşa liderinə politoloqdan cavab: “Bu addıma qarşı adekvat tədbir görüləcək”

Polşa liderinin tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzura gələrək binoklla baxanlara qoşulması iki ölkə arasında tərəfdaşlığa ziddir və hələ də hüquqi – normativ aktlarında qonşu dövlətə ərazi iddiası olan işğalçı dövlətin ambisiyalarının şirnikləşdirilməsidir.

Tribunainfo.az xəbər verir ki, politoloq Zaur Məmmədovun sözlərinə görə, Avropa İttifaqının keçmiş hərbçilərinin bölgədə qalması sülhə xidmət etmir və danışıqlarda Paşinyanı arxayınlaşdırır:

“Sözsüz ki, bu addıma qarşı adekvat tədbirlər görüləcək. Polşanın yerləşdiyi regiondakı dövlətlər Azərbaycanla siyasi – iqtisadi münasibətlərini genişləndirməkdədirlər. Dudanın bu addımı ancaq və ancaq Fransa və Makronun yanındakı qüvvələrin maraqlarına cavab verir. Polşa lideri bunu bilirdi və xəbərdarlığa baxmayaraq Zəngəzura getdi”.

Nigar

Seçilən
0
2
tribunainfo.az

3Mənbələr