AZ

"Çoxları məni küçədə görəndə..."- Zubir

“Azərbaycan futbolu sevən ölkədir. Çoxları məni küçədə görəndə söhbət etmək, şəkil çəkdirmək istəyir”.

Oxu24.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir “L`Equipe” nəşrinə açıqlamasında deyib.

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Lion”a qarşı keçirəcəkləri V tur oyunundan öncə ölkəsinin mətbuatına danışan fransalı yarımmüdafiəçi Azərbaycandakı həyatından söz açıb. “Qarabağ”da 7-ci mövsümünü keçirən 33 yaşlı vinger ölkəmizdə özünü rahat hiss etdiyini bildirib: “Burada heç vaxt xoşagəlməz halla üzləşməmişəm. Mən sahildə yaşayıram, orada bütün restoranlar Fransadakı kimidir. Bir sözlə, həyat yaxşıdır. Azərbaycan sülhsevər və təhlükəsiz ölkədir. Bu barədə əlavə şərhə ehtiyac yoxdur”.

“Qarabağ” haqqında da danışan Zubir əlavə edib: “Klub iddialıdır, ardıcıl 11-ci mövsümdür avrokuboklarda oynayır və bu məni çox həyəcanlandırır. Ən maraqlı oyunlarımız cümə axşamları olur. “Arsenal”, “Leverkuzen”, “Tottenhem”, “Vilyarreal”a qarşı oynamışam. Amma heç vaxt Çempionlar Liqasında iştirak etməmişəm, iki dəfə pley-offda mübarizəni dayandırmışıq. Bu hissi “Qarabağ”la da yaşamaq istərdim”.

Qeyd edək ki, “Qarabağ” – “Lion” oyunu bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də start götürəcək.

Seçilən
0
1
oxu24.com

2Mənbələr