ABŞ Federal Ticarət Komissiyası Maykrasoft korporasiyası ilə bağlı genişmiqyaslı antiinhisar araşdırmasına başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Blumberq” məlumat yayıb.
“Araşdırma şirkətin fəaliyyətinin müxtəlif aspektlərinə, o cümlədən bulud hesablamalarına, kibertəhlükəsizlik və süni intellekt sahəsindəki proqramlara aiddir”, – mənbə bildirib.
Qeyd olunur ki, ABŞ Federal Ticarət Komissiyası kibertəhlükəsizlik insidentlərindən sonra Maykrasoftu yaxından izləyir. Şirkət əsas dövlət podratçısıdır və Pentaqon da daxil olmaqla, bir çox ABŞ agentliklərinə milyardlarla dollar dəyərində proqram təminatı və xidmətlər təqdim edir.