Oğlundan sonra qardaşının da federasiyası ləğv edildi
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası fəaliyyətini dayandırıb.
Bu barədə federasiya rəsmisi Məmmədcəfər Əliyev Demokrat.az-a məlumat verib.
O bildirib ki, Boks Federasiyası bugündən etibarən fəaliyyətini dayandırıb.
Qeyd edək ki, Naxçıvan Boks Federasiyasının prezidenti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talbov idi.