AZ

"Hələb və İdlibə terror hücumu hələ də davam edir" - Suriya Ordusu

Suriya Silahlı Qüvvələri Hələb və İdlib əyalətlərində terror təşkilatları tərəfindən həyata keçirilən və böyük texnika itkiləri və insan tələfatı ilə nəticələnən irimiqyaslı terror aktı ilə mübarizəni davam etdirir. 

"Unikal" xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

"Gərginliyin azaldılması sazişini açıq-aşkar pozaraq, onun regional və beynəlxalq operatorlarının təkidi ilə Hələb və İdlib əyalətlərində qondarma “Cəbhət ən-Nusra” ilə əlaqəli olan terrorçu qruplar noyabrın 27-də genişmiqyaslı hücuma keçiblər. Silahlı qüvvələr hələ də davam edən terror hücumuna cavab verir və hücum edən qruplar texnika və can itkisinə səbəb olub. Qüvvələrimiz vəziyyəti əvvəlki vəziyyətinə qaytarmaq üçün müxtəlif atəş gücü ilə və dost qüvvələrlə əməkdaşlıq edərək terror təşkilatlarına qarşı mübarizə aparır”.

Seçilən
6
unikal.az

1Mənbələr