AZ

Yeni dünya nizamı BAŞLAYIR: “Vəziyyət son həddə çatıb”

“Bu gün dünyada baş verənlər artıq məntiqi və biliklə izah edilə bilməyəcək qədər mürəkkəbləşib”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Vəli Əlibəyov deyib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun “Rusiyanın nüvə “çətiri”, yenilənmiş nüvə doktrinasına əsasən, ilk növbədə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələrə şamil edilir” bəyanatının özündə hansı mesajları ehtiva etdiyini şərh edən analitikin sözlərinə görə, vəziyyət son həddə çatmaq üzrədir:

“Oxuduğum kitablar və əldə etdiyim biliklər dünyadakı prosesləri şərh etməyə imkan vermir. Çünki vəziyyət o səviyyəyə çatıb ki, atılan hansısa addımlarda, yaxud verilən qərarlarda məntiq tapmaq mümkün deyil. Ona görə ki, dünya miqyasında baş verən proseslər son dövrlərdə daha da mürəkkəbləşib və məntiqi bir izah tapmaq çox çətinləşib”.

“Vəziyyətin son həddə çatmaq üzrə olduğu qənaətindəyəm. Hər iki tərəf bir-birinin ilk addımını gözləyir. Çünki anlayırlar ki, bu addımlar təkcə müəyyən ölkələr üçün deyil, həm də bütün bəşəriyyət üçün ciddi problemə çevriləcək. Bu səbəbdən, tərəflər həmin riski almaq istəmir. Bir sözlə, bu gün dünyada baş verənlər artıq məntiqi və biliklə izah edilə bilməyəcək qədər mürəkkəbləşib”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Seçilən
9
yenicag.az

1Mənbələr