28 noyabr 2024-cü il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonun Birinci Quzanlı qəsəbəsində vətəndaşları qəbul edib.
"Unikal" xəbər verir ki, qəbulda iştirak edən vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı qeyd olunub.