AZ

Türkiyə Super Liqası nələr baş verir? - Turan Hoş bu komandaları sərt tənqid etdi

Son dövrlərdə "Beşiktaş" sadəcə meydandakı vəziyyəti  ilə deyil, həm də idarəçilik dəyişiklikləri və azarkeş reaksiyaları ilə gündəmdədir. "Qara Qartallar" baş verən bu hadisələrlə həm Türkiyədə, həm də beynəlxalq arenada diqqətləri üzərinə çəkir.

"Göztəpə" ilə məğlubiyyətli matçdan sonra rəhbər Hasan Arat futbol rəhbərliyindən istefa verdi.

Türkiyə Liqasında baş verənlərlə bağlı idman jurnalisti Turan Hoş sitat.info-ya açıqlama verib. İdman eksperti bir çox məqamları təhlil edib.

Müsahibimiz  "Galatasaray" və "Fənərbaxça"nın ehtiyat skamyasının daha güclü olduğunu, "Beşiktaş"ın isə bu komandaların yanında zəif qaldığını bildirib:

"Keçən mövsümə nəzər salsaq, "Qalatasaray" çempion oldu, amma "Fənərbaxça"  lider idi və "Beşiktaş"  liderdən 13 xal geridə idi. Bu mövsümdə də 12-13 həftə keçib, amma artıq 13 xallıq fərq yaranıb. Bu qədər transfer, bu qədər sərmayə, yeni bir idarəçilik gəlməsinə baxmayaraq, meydanda heç bir irəliləyiş yoxdur. Transfer olunan oyunçulardan - Rafa Silva və Ciro Immobile-dən kifayət qədər səmərə əldə olunmayıb. Komanda qurularkən heç bir B planı düşünülməyib, sadəcə meydana 11 nəfər çıxarılır və o 11 nəfər nə qədər bacarırsa, o qədər də oynayır".

"Fənərbaxça" da Əl-Nəsri-də hücumda oynadığı zaman Dzeko var idi, "Galatasaray"da isə Osimhenin yerinə İkardi oynayırdı. Amma Immobile olmayanda Semih Kılıçsoy meydana çıxır. Semih çempionluq üçün mübarizə aparan bir komandanın hücumçusu ola bilərmi? Bu, müzakirə mövzusudur. Mustafa Hekimoğlu isə çox gənc oyunçudur və onun potensialını hazırda tam dəyərləndirmək mümkün deyil. Bu qədər gənc oyunçu səni nə dərəcədə çempionluğa apara bilər? Bir tərəfdə Osimhen var, digər tərəfdə Batşuayi, başqa tərəfdə isə Mustafa Hekimoğlu. Immobile isə özünü doğrulda bilmir, onsuz da zədə aldı və 2-3 həftəlik oyundan kənarda qaldı".

Turan Hoş baş məşqçi və oyun taktikalarında əksiklik olduğunu dedi. Onun sözlərinə görə, Van Bronxorst çətin anlarda çıxış yolu tapa bilməyən məşqçidir:

"Mövsümə çox yaxşı başladılar. Məsələn, sürətli keçid oyunları vardı. Yəni, ikinci bölgədən üçüncü bölgəyə keçərkən daha sürətli şəkildə, cərimə meydançasına yaxın bölgədə paslaşır və sürətli keçid oyunu qura bilirdilər. Lakin sonrakı oyunlarda oyunçular formdan düşdülər. "Göztepe" ilə oyun elə başlamadı, bir anda 2-0 oldu. 2-1 olduqdan sonra isə, "Göztepenin" həqiqətən qalib gələcəyini düşünürdüm. Orta sahədə itirilən topların bəlkə də 80%-ni Göztepe qazandı. Rəqibi çox yaxşı mübarizə apardı və qazandı."

Ekspert bildirdi ki, Hasan Aratın rəhbərlikdən ayrılmasından sonra Fikrət Ormanın gəlməsi daha məqsədəuyğun olaca:.

"Beşiktaş" futbol şöbəsində bu qədər fikirayrılığının olmağı ayrılıqlar gətirəcəkdi, pis gedişatla bu proses sürətləndi. Hüseyin Yücelin seçkilərə qədər prezident olacağı, Hasan Aratın bir az daha geri planda duracağını deyə bilərik. "Beşiktaş" idarə heyətində hazırda ən güclü şəxsin Hüseyin Yücel olduğu və seçkilərə qədər davam edəcəyi görünür. Seçkilərdə Fikret Orman və Serdar Adalının namizəd olmaları gözlənilir. Fikrimcə, Fikrət Orman daha güclü namizəddir. Düzdür, haqqında çox şayiələr yayıldı, amma bunun nə qədər doğru olduğu bilinmir".


Ekspert son olaraq, bu gün oynanılacaq "Beşiktaş""Makkabi Tel-Aviv" matçı üçün fikirlərini bildirdi:

"Hələ mövsümün 13-cü həftəsində çempionluqdan xeyli uzaqlaşmış "Beşiktaş" bu gün bəlkə də mövsümün ən vacib oyunu keçiriləcək. Beşiktaşın bu pis forma qrafikində buradan 3 xal qazanması vacibdir. Göztepe ilə matçdakı həvəsizliyi, ikinci topları qazana bilməməsi, topu itirdikdən sonra bərpa müddətinin çox uzun olması bizi düşündürsə də, yenə də qələbə gözləyirəm."

Türkanə,

Sitat.info

Seçilən
4
2
sitat.info

3Mənbələr