Azərbaycan I Liqasında növbəti 2 oyun keçirilib.
Msport.az xəbər verir ki, matçlardan biri Şamaxıda, digəri isə Yevlaxda baş tutub.
“Şamaxı OİK” stadionunda “Difai” “Mingəçevir”i qəbul edib. 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.
Xaqani Məmmədov “Difai”nin baş məşqçisi kimi ilk matçına çıxıb. Hesabda 1:3 geriyə düşən Ağsu təmsilçisi hesabı 3:3-ə gətirərək matçdan 1 xal qoparmağı bacarıb.
Turun mərkəzi matçında isə “Karvan” “Qəbələ” ilə münasibətlərə aydınlıq gətirib. “Qırmızı-qaralar” minimal qələbə ilə liderliyə yüksəlib.
Birinci Liqa
28 noyabr
14:30. “Difai” – “Mingəçevir” 3:3
“Şamaxı OİK”
14:30. “Karvan” – “Qəbələ” 0:1
Yevlax şəhər stadionu