AZ

“Güc vasitəsilə sülhə nail olacağıq” – Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi danışdı

ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi, general Keyt Kelloq təyinatından sonra ilk açıqlamasını verib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Kelloq “güc vasitəsilə sülhü təmin etməyə” hazır olduğunu bildirib: “Prezidentin köməkçisi, Ukrayna və Rusiya üzrə xüsusi elçi təyin olunduğum üçün çox şadam. Prezident Tramp üçün işləmək mənim üçün böyük şərəfdir”.

Kelloq deyib ki, o, “Amerikanın maraqlarını irəli sürərkən güc vasitəsilə sülhü təmin etmək üçün davamlı olaraq işləməyi” səbirsizliklə gözləyir: “Mən özümü bu işə onun tələb etdiyi fədakarlıq və sədaqətlə həsr etməyə hazıram”.

“AzPolitika.info”

Seçilən
17
azpolitika.info

1Mənbələr