AZ

"Bayern" PSJ-dən üzr istədi

Almaniyanın "Bayern Münhen" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə PSJ-yə qarşı keçirdikləri oyun zamanı Paris təmsilçisi və onun prezidenti Nasser Əl-Xelaifiyə qarşı yönəlmiş plakatlara görə qarşı tərəfdən üzr istəyib.

Fanat.Az xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti bəyanat yayıb.

Münhenlilər rəqib komandanın və rəsmi nümayəndələrinin bu şəkildə hücuma məruz qalmasına və təhqir olunmasına görə üzrxahlıq edib. Plakatların "Bayern"in mövqeyini əks etdirmədiyi və iki klub arasındakı münasibətlərə uyğun gəlmədiyi vurğulanıb.

Qeyd edək ki, oyun "Bayern"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu yenilginin ardından PSJ ÇL-in 1/8 finalına birbaşa yüksəlmək şansını itirib.

Seçilən
6
3
fanat.az

4Mənbələr