AZ

Suriyada İran generalı öldürüldü

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) komandanının müşaviri, briqada generalı Kiumərs Purhaşimi (Kiumars Pourhashemi) Suriyanın Hələb bölgəsində silahlıların hücumu nəticəsində həlak olub.

 

Məlumatı SNN agentliyi yayıb.

 

Məlumata görə, ötən gün Suriyanın Hələb bölgəsində prezident Bəşər Əsədə aid hərbi birləşmələrlə müxalifətin silahlı qüvvələri arasında gərgin döyüşlər gedib. Çoxlu sayda ölən və yaralanan olub. Adı çəkilən İran generalının da döyüşlər zamanı həmin ərazidə olduğu bildirilir.

Seçilən
13
1
senzor.az

5Mənbələr