Rusiya Federasiyasının subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhəri normadan artıq çirklənmə səbəbindən dumana bürünüb.
Bu barədə "Mash Batash" Telegram kanalı məlumat yayıb.
Bildirilir ki, Çernikovka ərazisində noyabrın 28-i cümə axşamı günü havada izopropilbenzolun miqdarı normadan təxminən 10 dəfə çox olub. Qatı duman səbəbindən görmə qabiliyyəti azalıb, P-240 avtomobil yolunun 147-ci kilometrdən 169-cu kilometrədək olan hissəsi bağlanıb.
Başqırdıstanın Ekologiya Nazirliyi dumanın baş verməsini sakit hava ilə əlaqələndirib. Şəhər sakinləri yaranmış vəziyyətə görə fabrikləri günahlandırıblar. "Ultradesign" ağac emalı müəssisəsi şərh edib ki, noyabrın 25-dən Ufa və Ufa vilayətində ilk əlverişsiz hava şəraiti rejimi, 26 noyabr saat 10:00-dan isə ikinci rejim elan edilib.
Bu, havanın sakit olduğu dövrdür ki, bu da havada zərərli çirkləndiricilərin toplanmasına səbəb olur./Publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta