İngiltərə millisinin sabiq kapitanı, əfsanəvi futbolçu Frenk Lempard yenidən baş məşqçi kimi çalışacaq.
“Apress.az” xəbər verir ki, o, “Koventri”də işləyəcək.
“Çelsi” və “Everton”da işləmiş Lempard Çempionşipdə yarışan klubla 2 illik müqavilə imzalayıb.
O, şənbə günü “Kardif”ə qarşı keçiriləcək çempionat matçında yeni komandasını ilk dəfə meydana çıxaracaq.