AZ

Cəlilabadda qanunsuz ov faktı aşkarlandı

Cəlilabad rayonunda qanunsuz ov faktı aşkarlanıb.

Publika.az xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində Ə.Cabbarlı və R.İmanzadənin rayonun Günəşli kəndi ərazisindəki örüş sahəsində qanunsuz ov etdikləri müəyyən olunub.

Onlardan 2 ədəd müxtəlif markalı ov tüfəngləri və qanunsuz ovladıqları çöl quşları aşkarlanıb.

Seçilən
4
10
publika.az

10Mənbələr