Suriyada rejim əleyhdarı Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşması Hələbin şimalından Bəşər Əsəd qüvvələrinə qəfil hücum edib.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən səhər başlayan və gün boyu davam edən döyüşlərdə indiyə qədər 132 nəfərin öldüb.İngiltərə mərkəzli Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, ölənlərdən 65-i HTŞ üzvləri, 18-i müttəfiq qruplaşmalardan, 49-u isə rejim qüvvələrindən ibarətdir.HTŞ silahlıları dünən Halepin qərbində 32, bu gün isə iki kənd və strateji məntəqəni nəzarət altına alıblar.Heyət Təhrir əş-Şam qruplaşması və müttəfiqlərinin nəzarət altına aldığı ərazilərə Əl Rağib təpəsi, Kuptan dağı, Dabbabat təpəsi, Ancara qəsəbəsi, 46-cı Liva və Kəfr Besme, Basartun, Əlqasimi, Urumsuqra, Şeyx Əkil və digər məntəqələr daxildir.Bölgədən təxliyə edilən 10 minə yaxın dinc sakin İdlib ətrafına sığınıb.