Gürcüstan parlamentinin binası yaxınlığında etirazçılarla polis arasında qarşıdurma yaşanıb.
Bizim.Media xəbər verir ki, etirazçılar polislərə lazer işıqları ilə müqavimət göstəriblər.
Aksiya zamanı Daxili İşlər Nazirliyinin (DİN) bir əməkdaşı yaralanıb və xəstəxanaya yerləşdirilib.
“Polis tərəfindən aksiya iştirakçılarına etirazlarını dinc şəkildə bildirmək və qanunla müəyyən edilmiş normaları aşmamaq üçün çoxsaylı çağırışlara baxmayaraq, toplaşanların bəziləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə üz-üzə gəlib, onları təhqir ediblər”, - deyə Gürcüstan DİN-dən bildirilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta