AZ

MİLLİ MƏCLİSDƏN POPULİZMƏ ENƏNLƏR...-“Sizi ora maskarad göstərmək üçün seçməmişik!”

Real Təhlil-İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev Milli Məclisin noyabrın 27-də keçirilən iclasında bəzi deputatların səsləndirdiyi fikirlərə münasibət bildirib. 

 

Senzor.az-ın məlumatına görə, tanınmış araşdırmaçı-jurnalist şərhinə avqustun sonunda, parlament seçkilərinə 3 gün qalmış millət vəkilliyinə namizədlərə sosial şəbəkə hesabından etdiyi müraciəti xatırlatmaqla başlayıb.  

 

Qeyd edək ki, REAL TV-nin rəhbəri həmin müraciətində təşviqat kampaniyası zamanı seçicilərə pafoslu, millət vəkilinin səlahiyyətinə qətiyyən aidiyyəti olmayan vədlər verən deputatlığa namizədləri sərt tənqid etmişdi. Təəssüflə bildirmişdi ki, millət vəkilliyinə namizədlərin kifayət qədər böyük bir qrupu, deyəsən, hansı post üçün mübarizə apardığını başa düşmür...

 

Mir Şahin Ağyevin indi dediklərinə görə, parlamentin son iclasında baş verənlər göstərib ki, ovaxtkı narahatlığı əbəs deyilmiş: “Deputatlarımızın bəziləri millətin yox, sosial şəbəkələrin vəkili olmaq istəyirmiş. Populizm, güruh sevimlisi olmaq, guya canıyanan “çiçi” yalnız budu, qalanlar “pxıdı” yanaşması əslində ciddi bir problemi ortaya qoydu. Deməli, Milli Məclisimizin üzvləri arasında deputatlığa baş tutmuş fakt kimi yox, indinin özündə də seçki kampaniyasının davamı tək yanaşanlar var. Əks halda bunu necə başa düşmək olar ki, veteran deputat Siyavuş Novruzov “xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür” və sair kimi populist bəyanat versin?! Axı...”

 

Ətraflı video-süjetdə:     

Seçilən
3
1
senzor.az

2Mənbələr