Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Tbilisinin Rustaveli prospektindən etirazçıları tamamilə qovub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Məlumata görə, Rustaveli prospektində etirazçılarla polis arasında qarşıdurma bütün gecə davam edib.
Nümayişçilər asayiş keşikçilərindən uzaqlaşmaq üçün zibil qutuları və taxta stulları yandırıblar. Tərəflər arasında toqquşmalar da yaranıb. Polis aksiyaçılara qarşı təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurmalar zamanı bir neçə nəfər saxlanılıb.
Xatırladaq ki, etirazlar Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurduğunu elan etməsindən sonra başlayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta