AZ

Cəbrayıla növbəti 40 ailə yola salınıb

Noyabrın 29-da Cəbrayıla 40 ailə olmaqla 200 nəfər köçürülüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin Dövlət Komitəsindən bildirilib.

Bununla da Cəbrayıla 203 ailə olmaq 783 nəfərin köçürülməsi təmin olunub.

Cəbrayıla ilk köç sentyabrın 26-da baş tutub.

İlin sonuna kimi Qarabağın 5 rayonuna məcburi köçkünlərin qaytarılması nəzərdə tutulub.

Cəbrayıl 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun antiterror tədbirlərindən sonra işğladan azad edilib. 
 
Aytac 

 

www.anews.az
Seçilən
22
4
anews.az

2Mənbələr