Suriya Ərəb Ordusu (SAA) Hələb şəhərinin şimalında və qərbində 20-dən çox yaşayış məntəqəsini ələ keçirmiş “Cəbhət ən-Nusra” ekstremist qruplaşmasının yaraqlılarının mövqelərinə qarşı əks-hücum əməliyyatı keçirib.
Yenicag.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, hökumət qüvvələri Əl-Bakum şəhərini azad edib. Bundan əvvəl Suriyanın digər bölgələrindən də hərbi qüvvələr Hələbə gəlib. Noyabrın 27-də baş verən hücum zamanı “Cəbhət ən-Nusra” təşkilatının silahlıları və onlarla əlaqəli radikal qruplaşmalar Hələbdən 7-10 km təhlükəli məsafəyə yaxınlaşıblar.
Suriya Müdafiə Nazirliyindən verilən açıqlamada SAA-nın Hələb və İdlib əyalətlərində terrorçuların üsyanını yatırdığı, texnika və şəxsi heyətlə düşmənə ağır itkilər verdiyi bildirilib.