Olaylar.az xəbər verir ki, bu barədə Sky News yazır.
2013-cü ildə Heyq dələduzluq səbəbilə məhkum olunub. Araşdırmalara görə, o, oğurluq hadisəsindən sonra polisə yalan ərizə yazıb. Ərizəsində iş telefonunun oğurlandığını qeyd etsə də, əslində telefon oğurlanmayıb. Jurnalistlər bildirir ki, Heyq yalan məlumatı daha müasir model iş telefonu almaq məqsədilə təqdim edib.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FBI) ən çox axtarılanlar siyahısında olan və 2003-cü ildə Kaliforniyada terror aktlarına qarışdığı iddia edilən şəxs Böyük Britaniyada saxlanılıb. İddialara görə, həmin şəxs heyvanların radikal müdafiəsi ilə məşğul olan qruplaşma tərəfindən həyata keçirilən iki terror aktına birbaşa bağlı olub.