AZ

Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin birgə iclası keçiriləcək (FOTO)

Bakı. Trend:

Azərbaycan xarici işlər nazirinin müavini Elnur MəmmədovYaponiya Xarici İşlər Nazirliyinin (XİN) Mərkəzi Asiya, Qafqaz vəGUAM üzrə xüsusi nümayəndəsi Masaki İşikava ilə görüşüb.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.

Qeyd edilib ki, tərəflər Azərbaycan və Yaponiya arasındaikitərəfli münasibətlərin gündəliyi üzrə əməkdaşlığın müxtəlifaspektlərini müzakirə ediblər:

"Müzakirələr zamanı iqtisadi və ticarət əlaqələrinin, xüsusiləsənaye və enerji sahələrində əlaqələrin genişləndirilməsi, eynizamanda humanitar sahədə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.Bu xüsusda Azərbaycan ilə Yaponiya arasında İqtisadi Əməkdaşlıqüzrə Dövlət Komissiyasının və Yaponiya-Azərbaycan İqtisadiKomitəsinin rolu vurğulanıb və gələn il növbəti birgə iclasınkeçirilməsinin əhəmiyyəti qeyd olunub. Azərbaycan-Yaponiyaparlamentlərarası əməkdaşlığın ikitərəlimünasibətlərin inkişafetdirilməsində mühüm rolu qeyd edilməklə qarşılıqlı səfərlərin vətəmasların intensivləşdirilməsinin faydalı olacağı bildirilib".

Diqqətə çatdırılıb ki, görüş zamanı qarşı tərəfə postmünaqişədövrü, Azərbaycanın davamlı sülhün bərqərar olunması istiqamətindəatdığı addımlar, işğaldan azad edilmiş ərazilərdə mina problemi, ocümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyatakeçirilən bərpa və yenidənqurma layihələri barədə ətraflı məlumatverilib.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov həmkarına COP29-unuğurlu təşkili, əldə edilmiş nəticələr barədə məlumat verib vəCOP29 Sədrliyinə göstərdiyi dəstəyə görə Yaponiya tərəfinəminnətdarlığını bildirib.

"Qarşı tərəf Azərbaycanı COP29 sədrliyi, habelə tədbirin yüksəksəviyyədə peşəkarlıqla təşkili və Azərbaycanın iqlim dəyişikliyiilə mübarizə səylərinin gücləndirilməsi istiqamətində liderliksəylərinə görə təbrik edib. COP29 çərçivəsində əldə olunmuş vacibrazılıqların, xüsusilə İqlim Maliyyəsi üzrə Yeni Kollektiv KəmiyyətMəqsədinin müəyyən olunmasının, Paris Sazişi, maliyyəinstitutlarının illik iqlim maliyyəsi öhdəliyi, habelə İtki vəZərərə cavab verən Fond ilə bağlı qəbul olunan mühüm qərarlarınəhəmiyyəti vurğulanıb, bu istiqamətdə ölkəmizin fəaliyyəti təqdiredilib", - məlumatda qeyd olunub.

Yaponiya-Azərbaycan
Yaponiya-Azərbaycan
Seçilən
9
14
az.trend.az

10Mənbələr