Bakı. Trend:
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqimünasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanıntələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlarıƏskərov Famil Allahverdi oğlu və Abdullayev Zamin Nurəddin oğlununekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri RusiyaFederasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.
Belə ki, Famil Əskərovun külli miqdarda ziyan vurmaqla törədiləndələduzluq və Zamin Abdullayevin mütəşəkkil dəstə tərəfindən xeylimiqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərinitörətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrindətəqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbuledilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalqaxtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisindəsaxlanılaraq 28.11.2024-cü il tarixdə Ədliyyə NazirliyininPenitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycanagətiriliblər.