AZ

Meyvə bağları və əkin sahələri üzrə aqrar sığorta ödənişləri 4 dəfə artıb

Bakı. Trend:

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığortamexanizmindən faydalanan fermer və təsərrüfatların sayı və onlarasığorta ödənişlərinin məbləği artmaqdadır. Xüsusilə meyvə bağlarıvə əkin sahələrinə dəyən zərərlər üzrə ödənişlərin məbləği vətezliyi kəskin artıb.

Trend xəbərverir ki, Aqrar Sığorta Fondunun açıqladığı rəqəmlərə əsasən,2024-cü ilin yanvar-oktyabr aylarında müxtəlif hadisələrdən zərərçəkmiş təsərrüfatlara ümumilikdə 4 milyon 49 min manat aqrarsığorta ödənişi həyata keçirilib.

Bu əvvəlki ilin eyni dövrünə nisbətən 2,9 dəfə artıqdır.Xatırladaq ki, 2023-cü ilin yanvar-oktyabr aylarında 1 milyon 409min manat sığorta ödənişi edilmişdi.

Aqrar sığorta ödənişlərindən 3 milyon 142 min manat meyvəbağları və əkin sahələri üzrə həyata keçirilib. Bu ötən ilin eynidövrü ilə müqayisədə 4 dəfə artıqdır.

Bu dövrdə Aqrar Sığorta Fondu gilas, üzüm, alça, ərik, badam,fındıq, xurma, limon, qoz bağları, eləcə də arpa, buğda, pambıq,çəltik, qarğıdalı, kartof, kələm, soya əkinləri üzrə ödənişləredib.

Hesabat dövründə iri və xırdabuynuzlu heyvanların sığortası üzrə907 min manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin analojidövrü ilə müqayisədə 45% artıqdır.

2024-cü ilin ilk 10 ayında ölkə üzrə 406 500 hektar əkin sahəsisığortalanıb və 10 milyon 841 min manat sığorta haqqı toplanıb. Ənçox sığortalanan bitkilər nar, fındıq bağları, çəltik, şəkərçuğunduru, buğda, arpa, qoarğıdalı, pambıq sahələridir.

Eyni zamanda ölkə üzrə 2 619 baş kənd təsərrüfatı heyvanısığorta edilib, 1 milyon 580 min manat sığorta haqqıtoplanılıb.

Ümumilikdə bu dövrdə 12 milyon 421 min manat sığorta haqqıtoplanılıb, müqabilində fermer və təsərrüfatlara 475 milyon manathəcmində sığorta təminatı verilib.

Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu 48 bitki məhsulunusığortalamağa imkan verir, buraya taxıl və texniki bitkilər, bostanbitkiləri və meyvə bağları aiddir. Aqrar Sığorta Fondu ölkədəəkilən demək olar ki, bütün meyvə bitkilərini sığortalayır.

Seçilən
4
7
az.trend.az

8Mənbələr