İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Suriyadakı son vəziyyəti dəyərləndirib.
Publika.az xəbər verir ki, Bekayi açıqlamasında bu hərəkətlərin İsrail və ABŞ-ın Qərbi Asiya regionunda sabitliyi pozmaq planının bir hissəsi və Astana razılaşmalarının pozulması olduğunu bildirib.
“Terrorizmin hər növünü pisləyirik. Son iki gündə Suriyada terrorçu qrupların hərəkətləri terrorçu İsrail rejimi və ABŞ-ın Qərbi Asiya regionunda sabitliyi pozmaq planının bir hissəsidir”, - o bildirib.
Bekayi xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyətin Suriyadakı terror hərəkatları ilə mübarizədə hər hansı bir gecikməsi əvvəllər əldə edilmiş bütün nailiyyətləri təhlükə altına salacaq və regionu yeni təhlükəsizlik və qeyri-sabitlik dalğasına sürükləyəcək.