AZ

Antalyada 4,8 bal gücündə zəlzələ baş verib

Aralıq dənizinin Türkiyənin Antalya vilayəti sahillərinə yaxın bölgəsində 4,8 bal gücündə zəlzələ baş verib.

Azpost.info bildirir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına əsasən, təkanlar yerli vaxtla saat 22:13-də Antalyanın Qazipaşa rayonundan 73,72 kilometr məsafədə qeydə alınıb. Zəlzələnin episentrinin 34,79 kilometr dərinlikdə olub.

Təkanlar ətraf bölgələrdə də hiss edilib və əhali arasında təşvişə səbəb olub.

AFAD-dan verilən açıqlamada bildirilib ki, dağıntı qeydə alınmayıb.

Seçilən
5
2
azpost.info

3Mənbələr