AZ

 Bir qəzada...  

Respublikamızın avtomobil yollarında hər gün qəzalar baş verir.

Bu zaman ölən və xəsarət alanlar olur. Təbii ki, qəzaların qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsi qabaqcıl tədbirlər görür. Amma buna baxmayaraq, yenə yol-nəqliyyat hadisələri qaçılmaz olur. Deməli, yol polisi ilə yanaşı sürücülər də öz üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər.

Əgər bu vəzifələr yerinə yetirilsə, hər gün ağır qəzalar baş verməz! Tovuz rayonu ərazisinə iki maşın toqquşması nəticəsində olan qəza isə daha ağırdır. Bu, yol-nəqliyyat hadisəsi zamanı altı nəfər dünyasını dəyişib və onların beşi hərbiçidir. Qarşı- qarşıya gələn avtomobillər toqquşaraq bax, belə faciəli  hadisə yaranıb.

Bu, bir daha hər bir sürücüyə və hərəkət iştirakçısına dərs olmalıdır. Dərs olmalıdır ki, ötəmə əməliyyatını yerinə yetirərkən qarşıdan avtomobil gəlmədiyinə əmin olmalı, bu prosesi bir neçə saniyədə icra etməlisən. Əks- təqdirdə belə faciəli hadisələr qaçılmaz olur. Ona görə də sürücülər diqqətli olmalı, özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükə qarşısında qoymamalıdır!

Emil Faiqoğlu

Seçilən
11
adalet.az

1Mənbələr