AZ

Suriyada gərginlik: İraq sərhəddə tədbirləri artırır

İraq Suriyada gərginliyin artması fonunda bu ölkə ilə sərhəddə təhlükəsizliyi gücləndirir.

Axar.az xəbər verir ki, bu barədə İraq Sərhəd Qoşunlarının komandanı Məhəmməd Əbdülvahab əl-Suaydi ölkə mediasına açıqlamasında bildirib.

“Suriya ilə sərhədi möhkəmləndirmək üzrə işlər apardıq və orada ən yaxşı bölmələri yerləşdirdik. Sərhədlərimiz təhlükəsizdir, onların pozulması ehtimalı istisnadır”, - komandan deyib.

Qeyd edək ki, Suriyada “Təhrir əş-Şam” silahlıları Hələb şəhərini ələ keçirib. Suriya rejimi ordusu şəhərdən geri çəkildiyini açıqlayıb.

Seçilən
17
11
axar.az

10Mənbələr