AZ

ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırdı –ZURABİŞVİLİDƏN OPERATİV ŞƏRH

ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq qərarı verib.

 

Senzor.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyanat yayıb.

 

Sənəddə qeyd olunub ki, ABŞ Gürcüstanın Aİ-yə üzvlük məsələsini dayandırmaq qərarından təəssüflənir.

 

"ABŞ və Aİ "Gürcü Arzusu"nun Aİ üzvlüyünü dayandırmaq qərarından təəssüflənir. Biz öz konstitusiyasının xəyanətinə haqlı olaraq etiraz edən gürcülərə qarşı həddindən artıq güc tətbiq edilməsini pisləyirik. Biz Gürcüstanla strateji tərəfdaşlığımızı dayandırırıq", - bəyanatda bildirilib.

 

Gürcüstan Prezidenti Salome Zurabişvili ABŞ-ın “Gürcü arzusu”nun antidemokratik hərəkətləri səbəbindən Vaşinqtonun Tbilisi ilə strateji tərəfdaşlığı dayandırmaq qərarını şərh edib. “X” mikrobloqunda o, Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerin statusunu paylaşıb və yazıb: “ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlığın dayandırılması “Gürcü arzusu”nun antidemokratik, anti-Qərb, anti-Avropa və anti-Gürcü siyasətinin faciəvi nəticəsidir. İndi həmişəkindən daha çox aydındır ki, onların tutduqları kurs yalnız bir istiqamətə – Rusiyaya aparır”.

 

Senzor.az

Seçilən
6
3
senzor.az

10Mənbələr