İranın Hələb şəhərindəki konsulluğu silahlı hücuma məruz qalıb.
Musavat.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bu hücumdan sonra verdiyi bəyanatda, İranın həm hüquqi, həm də beynəlxalq səviyyədə məsuliyyət daşıyan şəxsləri cavab verməyə məcbur edəcəyini bildirib. Nazirlik, hücumun arxasında olan şəxsləri müəyyən edib və bu cinayətin cəzasız qalmasına imkan verməyəcəklərini vurğulayıb.
Hücumun kimlər tərəfindən həyata keçirildiyi barədə hələlik dəqiq məlumat verilmir.
Musavat.com