Trent Alexander-Arnold “Liverpul”lu tərk edə bilər. Futbolçu İngiltərə klubu ilə 2024/25 mövsümünün sonuna qədər qüvvədə olan müqaviləsini hələ də uzatmayıb.
Publika.az xəbər verir ki, İngiltərənin nüfuzlu “talkSPORT” resursunun məlumatına görə, “Real”ın prezidenti Florentino Peres ingilis klubunun rəhbərliyinə 2025-ci ilin yayında Trenti azad agent kimi transfer edəcəyi barədə xəbər verib.
Qeyd olunur ki, “Real” “Liverpul”a hörmət göstərmək və ingilis ulduzun transferi ilə bağlı niyyətlərini bildirmək qərarına gəlib.